Türkiyə Superliqasında növbəti baş məşqçi istefası gerçəkləşib.
İdmanxeber.com-un məlumatına görə, “Kayserispor” klubu 57 yaşlı mütəxəssis Tolunay Kafkasla yolları ayırıb.
Xatırladaq ki, “Kayserispor” Superliqada 23 turdan sonra 23 xal toplayıb və 15-ci pillədə qərarlaşıb.

