Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Neftçi” – “Xəzər Lənkəran” oyununun biletləri satışa çıxarılıb.
İdmanxeber.com-un məlumatına görə, qiyməti 1 AZN, VİP yerlər üçün 10 AZN olan biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, martın 9-da “Bakcell Arena”da keçiriləcək oyun saat 17:30-da başlanacaq.

