07 İyul 2026
Kateqoriyasız

Nikolas Kanales “Neftçi”yə dönüşünü yubileylə qeyd etdi

Topaz Premyer Liqasının XXV turunda hazırda davaç edən AZAL-la qarşılaşma “Neftçi” üçün əlamətdar olub. 

İdmanxeber.com-un məlumatına görə, “ağ-qaralar” bu matçda ölkə çempionatlarında 1200-cü qolu vurub.

Yenidən “Neftçi”yə döndükdən sonra bu qarşılaşmada 60-cı dəqiqədə hesabı bərabərləşdirən çilili hücumçu Nikolas Kanales yubiley qolunu vuraraq, klubun tarixinə düşüb.

“Flaqman” bu göstəriciyə görə ölkə birinciliyində çıxış etmiş bütün komandaları qabaqlayır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43