04 İyul 2026
Kateqoriyasız

Çempionlar Liqasında 1/4 finalın püşkü atıldı

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin püşkü atılacaq.

İdmanxeber.com-un məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Püşkdə aşağıdakı komandalar iştirak edəcək:

"Atletiko" (Madrid, İspaniya), "Benfika" (Portuqaliya), "Mançester Siti" (İngiltərə), PSJ (Fransa), "Real" (Madrid, İspaniya), "Volfsburq" (Almaniya), "Barselona" (İspaniya) və "Bavariya" (Almaniya).

Qeyd edək ki, Çempionlar Liqasında 1/4 finalın oyunları 5/6 və 12/13 aprel tarixlərində keçiriləcək.

Çempionlar Liqasında 1/4 finalın cütlükləri:
 
"Volfsburq" (Almaniya) – "Real" (Madrid, İspaniya)
 
"Bavariya" (Almaniya) – "Benfika" (Portuqaliya)
 
"Barselona" (İspaniya) – "Atletiko" (Madrid, İspaniya)
 
PSJ (Fransa) – "Mançester Siti" (İngiltərə)

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43