01 İyul 2026
Kateqoriyasız

“Zirə”nin düşərgəsindən “Kəpəz” üçün şad xəbər

Premyer Liqanın XVII turunda “Kəpəz”in qonağı olacaq “Zirə” oyuna ciddi itki ilə çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, Premyer Liqanın hazırkı bombardiri  Nelson Bonilla Salvador millisinə dəvət aldığı üçün “Kəpəz”ə qarşı görüşdə iştirak etməyəcək.

Qeyd edək ki, Salvador millisi “DÇ-2016”nın seçmə mərhələsində martın 29-da Hondurasla qarşılşacaq. “Kəpəz” – “Zirə” matçı isə martın 30-da baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43