01 İyul 2026
Kateqoriyasız

“Qarabağ”dan SUPERTRANSFER: “Real”ın sabiq futbolçusu gətirilir

Qana yığmasının və Yunanıstanın “Panatinaikos” klubunun yarımmüdafiəçisi Maykl Essyen karyerasını Azərbaycanda davam etdirə bilər.

İdmanxeber.com-un məlumatına görə, bu barədə iddianı Yunanıstan mətbuatı irəli sürüb. Xəbərdə bildirilir ki, İngiltərənin “Çelsi”, İspaniyanın “Real” (Madrid) və İtaliyanın “Milan” klubunun sabiq futbolçusu ilə Azərbaycanın “Qarabağ” klubu maraqlanır.

Qeyd edək ki, 34 yaşlı Essyen bu mövsüm Yunanıstan klubunda 12 oyun keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43