Premyer Liqanın XVII turunda “Kəpəz”in qonağı olacaq “Zirə” oyuna ciddi itki ilə çıxacaq.
İdmanxeber.com-un məlumatına görə, Premyer Liqanın hazırkı bombardiri Nelson Bonilla Salvador millisinə dəvət aldığı üçün “Kəpəz”ə qarşı görüşdə iştirak etməyəcək.
Qeyd edək ki, Salvador millisi “DÇ-2016”nın seçmə mərhələsində martın 29-da Hondurasla qarşılşacaq. “Kəpəz” – “Zirə” matçı isə martın 30-da baş tutacaq.

