İspaniyanın “Valensiya” klubunun baş məşqçisi Qari Nevilli istefaya göndərilib.
İdmanxeber.com-un məlumatına görə, onunla müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.
“Yarasalar”ı mövsümün sonuna kimi Pako Ayestaranın çalışdıracağı bildirilib.
Qeyd edək ki, “Valensiya” hazırda La Liqada 34 xalla 14-cü pillədə qərarlaşıb.

