Hafiz Məmmədov Fransanın “Lans” klubundakı əhmlərinin böyük hissəsindən imtina edib.
İdmanxeber.com-un məlumatına görə, klub prezidenti Jerve Martel Məmmədovun əvəzinə daha çox sərmayə qoymağa razılıq verən birini tapıb. Lakin, hələlik sərmayəçinin adı açıqlanmır.
Qeyd edək ki, Hafiz Məmmədovun payı azalsa da, klubun səhmdarı kimi qalmağa razılıq verib.

