22 İyun 2026
Kateqoriyasız

“Qalatasaray”da ciddi itki

“Qalatasaray” klubu daha bir ciddi itki ilə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, bu dəfə komandanın yarımmüdafiəçisi Səlçuk İnan zədələnib.

Komandanın son məşqində zədələnən İnan meydanı vaxtından əvvəl tərk etmək məcburiyyətində qalıb. O, superliqanın 27-ci turunda “Eskişehirspor”la keçiriləcək oyunda meydana çıxmayacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43