“Günə iki məşq etməklə “Neftçi” ilə oyuna hazırlaşırıq. Zədəlilərimiz var. Çalışacağıq ki, onları müayinədən keçirib oyuna kimi tam hazır edək”.
Bu sözləri İdmanxeber.com-a açıqlamasında “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov deyib.
Cənub klubunun çalışdırıcısı “Neftçi” ilə oyunda yalnız qələbə qazanmaq haqda düşündüklərini gizlətməyib:
“Bu oyuna əlavə motivasiya yoxdu. Bir məqsəd var o da qələbə. Çalışacağıq ki, qələbəsizliyə bu oyunda son qoyaq”.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Neftçi” oyunu aprelin 10-da keçiriləcək.

