Bakıda keçirilən “Böyük dəbilqə” turnirində Azərbaycan yığması növbəti medalını qazanıb.
İdmanxeber.com-un məlumatına görə, bu dəfə Rüstəm Orucov adını medalçılar sırasına yazdırıb. 25 yaşlı cüdoçu bürünc medala sahib çıxıb.
Qeyd edək ki, dünən də Tərlan Kərimov bürünc medala yiyələnib.

