11 İyul 2026
Kateqoriyasız

“Xәzәr Lәnkәran”ı çempionatdan göndәrmәk üçün hәr şey etdilәr”

“Xəzər Lənkəran”ın mәtbuat xidmәtinin rәhbәri Hüseyn Cәbrayıloğlu Azərbaycan Premyer Liqanın sonuncu turunda “Rəvan”la oyundan (2:2) sonra fikirlәrini bildirib.

İdmanxeber.com-un  məlumatına görə, klub rəsmisi Bayıldakı qalmaqallı oyun haqda danışarkən bunları deyib:

“Xәzәr Lәnkәran”ı çempionatdan göndәrmәk üçün hәr şey etdilәr. Hər şey bundna öncəki turda başladı. “Qarabağ” “Rəvan”a uduzdu. Bizim güclü vaxtlarımızda belә bizi sıxırdılar. Komandanın yaşxı pulu olanda da daim haqsızlıqlar görürdük. Hakimlәr bizә qarşı qәrәzli oyun idarә edirdilәr. 11 ildir ki, komandamız Azәrbaycan futboluna pix-yaxşı xidmәt edib. Deyirlәr ki, AFFA bizә yardım etmәk istәyir. Belә bir şey olmayıb. Rәsmi müraciәt edәn dә olmayıb. Qәrarımızı açıqlayacağıq. Etiraf edim ki, ümidverici heç nә yoxdur”.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43