“Barselona”nın futbolçusu Arda Turan növbəti mövsümdən komandanı tərk edəcək.
İdmanxeber.com xəbər verir ki, bu haqda “Daily Mirror” məlumat yayıb.
Mənbədə deyilir ki, klub rəhbərliyi Ardanı satmağa hazır olduğunu bildirib. Türkiyəli futbolçuya gələcək təklifləri gözdən keçirəcəyini deyən katalanlar Ardanın xidmətində maraqlı deyil.

