09 İyul 2026
Kateqoriyasız

ÇL finalı öncəsi “Real”da ciddi itki

Çempionlar Liqasının finalına hazırlaşan “Real” ciddi itki ilə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, “kral klubu” aparıcı müdafiəçisi Rafael Varanın xidmətindən məhrum olub. Fransız futbolçu komandanın məşqi zamanı xəsarət alıb. 

Aparılan tibbi müayinədən sonra 23 yaşlı futbolçunun sol ayaq əzələsində ikinci dərəcəli yırtıq aşkarlanıb.  Təcrübəli futbolçu mayın 28-də Çempionlar Liqasının finalında “Atletiko” ilə qarşılaşmada komandasına kömək edə bilməyəcək. Fransa milli komandasının üzvünün ölkəsində keçiriləcək Avropa çempionatında iştirak edib-etməyəcəyi isə bəlli deyil.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43