09 İyul 2026
Kateqoriyasız

Millimizin sabiq üzvü oynadı, komandası heç-heçə etdi

İsveç çempionatında 11-ci turun oyunları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, azərbaycanlı futbolçu Emin Nurinin komandası – “Kalmar” doğma meydanda “Hekken”lə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb – 1:1.  Emin bu görüşün start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb.

“Kalmar” geridə qalan turlarda topladığı 13 xalla 16 klub arasında 13-cü pillədə qərarlaşıb.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43