09 İyul 2026
Kateqoriyasız

“İnter” “Kəpəz” və “Qəbələ”nin əsas heyət üzvlərini transfer etdi

“İnter” daha iki futbolçunu heyətinə qatıb.

İdmanxeber.com-un məlumatına görə,  “Qəbələ”nin yarımmüdafiəçisi Samir Zərgərov  və ötən mövsümü icarə əsasında “Kəpəz”də keçirən “Qarabağ”ın üzvü Tərlan Quliyevlə razılıq əldə olunub.

Qeyd edək ki, “İnter” “Sumqayıt”ın futbolçuları Slavik Alxasov və Ağabala Ramazanovla da maraqlanır.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43