22 Oktyabr 2024
Kateqoriyasız

“Zirə”dən daha bir transfer

“Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda Yamin Ağakərimzadə ilə müqavilə imzalayıb.

Gənc yarımmüdafiəçi ilə anlaşmanın müddəti bir illlikdir. Futbolçu ötən mövsüm “Rəvan”ın heyətində çıxış edib. Peşəkar karyerasına isə Yamin “Bakı”nın heyətində başlayıb.

Qeyd edək ki, “Zirə” daha öncə Tural Cəlilovla müqavilə imzalayıb.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43