Bakı “İnter”i daha bir futbolçu ilə yollarını ayırıb.
İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, paytaxt təmsilçisi müqaviləsi başa çatan Yuri Fomenko ilə sözləşməni yeniləməyib.
Qeyd edək ki, daha öncə Elşən Poladov, Kamran Ağayev, Laşa Kasradze, Laşa Salukvadze və Vüqar Nadirov “İnter”dən gedib.