11 İyul 2026
Dünya futbolu

Avropa çempionatının final tarixçəsi

1960-cı ildən keçirilən turnirin 56 illik tarixində 9 komanda çempion olub.

İdmanxeber.com-un məlumatına görə, bu say sabah 10-a çata bilər. Belə ki, Fransa bundan əvvəl iki dəfə (1984, 2000) çempion olubsa, Portuqaliya cəmi bir dəfə final həyəcanı yaşayıb və Yunanıstana uduzub.

 İlk Avropa çempionu olmuş SSRİ artıq tarixin yaddaşına köçüb və yerində 15 dövlət yaranıb. Daha bir dövlət – 1960-1968-ci illərdə finalda oynamış Yuqoslaviya da artıq süquta uğrayıb və yerində 8 müstəqil respublika qurulub.

1960 SSRİ – Yuqoslaviya 2:1

1964 İspaniya – SSRİ 2:1

1968 İtaliya – Yuqoslaviya 1:1, 2:0

1972 Qərbi Almaniya – SSRİ 3:0

1976 Çexoslovakiya – Qərbi Almaniya 2:2 (penalti – 5:3)

1980 Qərbi Almaniya – Belçika 2:1

1984 Fransa – İspaniya 2:0

1988 Hollandiya – SSRİ 2:0

1992 Danimarka – Almaniya 2:0

1996 Almaniya – Çexiya 2:1

2000 Fransa – İtaliya 2:1

2004 Yunanıstan – Portuqaliya 1:0

2008 İspaniya – Almaniya 1:0

2012 İspaniya – İtaliya 4:0

2016 Fransa – Portuqaliya

Bütün dünyanın səbirsizliklə gözlədiyi qarşılaşma iyul ayının 10-da Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43