23 Oktyabr 2024
Kateqoriyasız

Əvvəl Qurban Qurbanov, sonra rəqibi

Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Düdelanj” (Lüksemburq) qarşılaşmasından öncə təşkil olunacaq mətbuat konfranslarının vaxtı bəlli olub. 

İdmanxeber.com-un məlumatına görə, iyulun 11-də “Azərsun Arena”nın mətbuat zalında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov saat 18:15-da media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 18:45-də Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

“Düdelanj”ın baş məşqçisi isə iyulun 11-i saat 19:30-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Lüksemburq təmsilçisinin son məşqi isə saat 20:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43