30 İyun 2026
Ölkə futbolu

“Neftçi”yə növbəti “zərbə” müdafiəçisindən gəldi

“Neftçi”nin makedoniyalı futbolçusu Vançe Şikovun xidmətindən məhrum olub.

İdmanxeber.com-un məlumatına görə, müdafiəçi Avropa Liqasının II təsnifat mərhələsinin “Şkendiya” ilə Makedoniyadakı oyununda aldığı zədə onun 2 ay meydanlardan kənar qalması ilə nəticələnib.

 

Belə ki, qarşılaşmada ikinci sarı vərəqəni alaraq komandasını azlıqda qoyan Vançenin ayağında sınıq aşkarlanıb. Buna onun rəqib futbolçu ilə toqquşması səbəb olub.

 

İkinci sarı vərəqə aldığı epizodda yaşanan bu hadisə onun meydanı da çətinliklə tərk etməsi ilə nəticələnib. Həkimlər Şikovun ayağını 4 həftə gipsdə saxlamağa qərar verib. Bu üzdən də ötən ay transfer olunan müdafiəçi ən azı 2 ay müddətində komandasına kömək edə bilməyəcək.

 

Qeyd edək ki, makedoniyalı “Neftçi”də 4 oyun keçirib.(Apasport)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43