10 İyul 2026
Ölkə futbolu

Kamran Ağayev: “Avropa səviyyəli klubda çıxış edəcəyim üçün sevinirəm”

Milli komandamızın üzvü Kamran Ağayevin Portuqaliyanın “Boavişta” klubuna transfer olması barədə məlumatı diqqətinizəçatdırmışdıq.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli “əlcək sahibi” yeni klubunun saytına açıqlama verib. 30 yaşlı qolkiper azarleşlərin etimadını doğrultmağa çalışacağını bildirib:

“Portuqaliya Premyer Liqasında oynayacağım üçün çox şadam. “Boavişta” kimi Avropanın səviyyəli klubunda çıxış edəcəyim üçün çox sevinirəm. Çalışacam ki, klubumda uğurlu çıxış edim. Azarkeşlərimizin etimadını qazanmağa çalışacam”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43