Bu gün Yunanıstanın paytaxtı Afinada UEFA-nın növbədənkənar Konqresi keçirilib.
İdmanxeber.com-un məlumatına görə, UEFA-nın son prezidenti Mişel Platini rüşvət skandalında adı çəkildiyi üçün qurumdan uzaqlaşdırılmışdı.
Tədbirdə ali futbol qurumuna yeni prezident seçilib.
Qeyd edək ki, prezidentliyə iki nəfər – Aleksander Çeferin (Sloveniya) və Mixael van Praaq (Hollandiya) namizəd olub.
Seçkinin nəticəsinə əsasən, Aleksander Çeferin UEFA-nın yeni prezidenti seçilib. O, 42, rəqibi isə 13 səs yığıb.
Bir müddət əvvəl AFFA rəsmi şəkildə bəyan etmişdi ki, seçkidə Aleksander Çeferinin namizədliyini dəstəkləyəcək.

