UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Moldova təmsilçisi “Şerif”lə qarşılaşacaq olan “Qarabağ”ın ilk oyunu televiziya vasitəsi ilə canlı yayımlanacaq.
İdmanxeber.com-un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq ilk matçı azarkeşlər “İdman Azərbaycan” kanalından da canlı olaraq izləyə biləcək.
Qeyd edək ki, “Qarabağ” – “Şerif” matçının start fiti saat 21:00-da çalınacaq.

