07 İyul 2026
Ölkə futbolu

“Qarabağ”da ciddi itki!

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Şerif”lə üz-üzə gələn “Qarabağ” ciddi itki ilə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, “köhlən atlar”ın heyətində Yakub Jezniçak zədələnib. Polşalı müdafiəçi oyunu davam etdirə bilməyincə Qurban Qurbanov onu əvəzləmək məcburiyyətində qalıb. Matçın 23-cü dəqiqəsində Jezniçakın yerinə Elvin Yunuszadə meydana daxil olub. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43