04 İyul 2026
Dünyadan

“Sevilya” “Fənərbaxça”nın aparıcı üzvünü transfer etdi

Son iki mövsümü “Fənərbaxça”da keçirən Simon Kierin yeni iş yeri bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, danimarkalı ulduz bundan sonra “Sevilya”nın uğurları üçün tər tökəcək. Andalusiyalılar 28 yaşlı futbolçu üçün 10 milyon avrosundan keçməli olacaq. Transferin yaxın günlərdə rəsmən açıqlanacağı bildirilir. Kierin 4 illik müqaviləyə qol çəkəcək.

Qeyd edək ki, yarımmüdafiəçi ilə yaxın vaxta qədər “Milan” və “Liverpul” da maraqlanırdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43