04 İyul 2026
Dünya futbolu

“Şerif” – “Qarabağ” matçının hakimləri müəyyənləşdi

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində keçiriləcək “Şerif” (Moldova) – “Qarabağ” cavab oyunu üçün hakim təyinatları açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, matçı İsrail Futbol Federasiyasından Roy Reynşreyber idarə edəcək. Ona Amihay Yehoşua Mozes və Dan Ukenik köməklik edəcək. Dördüncü hakim funksiyasını Daniel Bar Natan yerinə yetirəcək.

Qeyd edək ki, “Şerif” – “Qarabağ” görüşü avqustun 1-i keçiriləcək. Bu komandalar arasında Bakıda keçirilən ilk oyun qolsuz bərabərliklə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43