“Şerif” üzərində səfərdə qazandığı qələbə sayəsində tarixində ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsinə yüksələn “Qarabağ”ın növbəti rəqibinin adına elə bu həftə aydınlıq gələcək.
İdmanxeber.com-un məlumatına görə, pley-off-un püşkatma mərasimi avqustun 4-də keçiriləcək. Hələlik nə çempionumuzun potensial rəqibləri, nə də “Qarabağ”ın püşk zamanı səpələnmişlər, yaxud səpələnməmişlər arasında yer alacağı məlum deyil.
Bu mərhələnin ilk oyunları isə 15-16 avqustda, cavab görüşləri 22-23 avqustda olacaq.

