Dünən İspaniya La Liqasında 2017/18 mövsümünə start verilib.
İdmanxeber.com-un məlumatına görə, ilk oyun günündə "Valensiya" doğma azarkeşləri qarşısında "Las Palmas"ı sınağa çəkib. "Yarasalar" vurduqları yeganə qolla 3 xalı aktivivlərinə yazdırılbar. Günün növbəti matçında – "Leqanes" "Alaves" qarşılaşmasında da eyni hesab qeydə alınıb.
Qeyd edək ki, 1-ci tura avqustun 21-i yekun vurulacaq.
İspaniya La Liqası, 1-ci tur
18 avqust
"Leqanes" – "Alaves" 1:0
Qol: Qabriel, 24
"Valensiya" – "Las Palmas" 1:0
Qol: Zaza, 22
Qırmızı vərəqə: Haliloviç, 33 (“Las Palmas”)

