28 İyul 2026
Ölkə futbolu

“Qarabağ” son oyunda məğlub oldu

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan çempionu “Qarabağ” hazırlıq prosesi çərçivəsində sonuncu yoxlama oyununu keçirib. Ağdam klubu Kiyev “Dinamo”su ilə qarşılaşıb.

Qarşılaşma Qurban Qurbanovun komandasının məğlubiyyəti ilə başa çatıb. Ukraynalılar minimal hesabla qələbə qazanıblar.

“Qarabağ” daha öncə Bolqarıstanın “Ludoqorets” (1:1), Avstriyanın “Vakker İnsbruk” (0:0) klubları, eləcə də Suriya millisi (0:1) ilə yoxlama oyunları keçirmişdi.

Yoxlama oyunu
4 iyul

Qarabağ – Dinamo (Kiyev) 0:1

“Qarabağ”ın start heyəti: 12. Şahruddin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov, 52. Yakub Jezniçak, 5. Maksim Medvedev, 77. Donald Gerrye, 2. Qara Qarayev, 91. Coşqun Diniyev, 19. Filip Ozobiç, 10. Dani Kintana, 17. Abdullah Zubir, 11. Mahir Mədətov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43