24 İyul 2026
İdman

“Proqres” – “Qəbələ” oyununun hakimləri bilindi

Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Proqres”lə (Lüksemburq) – “Qəbələ” oyununun hakim təyinatları açıqlanıb.

İdmanxeber.com-un UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, matç Şimali İrlandiyadan olan hakimlərə tapşırıb.

Keyt Kennedi görüşün baş hakimi olacaq. Stefen Donaldson və Kristian Fransis Hanna isə ona yardım edəcək. Ehtiyat hakim funksiyasını Evan Boys yerinə yetirəcək.

Qeyd edək ki, görüş iyulun 19-da keçiriləcək. Komandalar arasındakı ilk oyunda “Qəbələ” rəqibinə 0:2 hesabı ilə uduzub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43