11 İyul 2026
İdman

“Neftçi” 23 yaşlı futbolçu ilə yeni müqavilə imzaladı

“Neftçi” daha bir futbolçu ilə yeni müqavilə imzalayıb.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, Mirabdulla Abbasovla müqavilənin müddəti 2019/2020 mövsümünün sonunadək artırılıb. Ötən mövsüm 30 oyunda 6 qol vuran 23 yaşlı hücumçunun bundan əvvəlki müqaviləsinin müddəti 2018/2019 mövsümünün sonuna kimi idi.  

Qeyd edək ki, “Neftçi” bundan əvvəl Ruslan Abışov, Kirilo Petrov, Məhəmməd Mirzəbəyov, Emin Mahmudov, Rəhman Hacıyev, Anton Krivotsyuk, Soni Mustivar və Namiq Ələskərovla müqavilə yeniləyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43