“Qarabağ”ın yeni transferi Simeon Slavçev Bolqarıstan mətbuatına açıqlama verib.
İdmanxeber.com-un məlumatına görə, “Sportinq”dən Ağdam klubuna gələn Slavçev sabiq klubu ilə “Qaranbağ”ı müqayisə edib:
“Həqiqətən çox xoşbəxtəm. Xüsusilə də “Sportinq”dən ayrıldığım üçün. Bu, mənim üçün böyük bir yük idi. Orada daim psixoloji və idarəçiliklə bağlı problemlər olurdu. İndi futboldan əsl zövq alıram və bunu sübut etməyə etməyə çalışıram. “Qarabağ”ın heyətində 4 oyun keçirmişəm və hər matçda daha yaxşı çıxış edirəm. Artıq əvvəlki formamı bərpa edirəm. “Qarabağ”da topla daha çox oynamayıram, özümdə saxlayıram, hücumlara qoşuluram. Meydanda daha sərbəstəm və təcrübə qazanıram. Düşünürəm ki, son oyunum daha yaxşı alındı. Penalti ilə nəticələnən 3 məhsuldar ötürmə verdim. Bundan əlavə, rəqib qapısı qarşısında digər təhlükəli vəziyyətlər də yaratdım. “Qarabağ”da olduqca xoşbəxtəm. Çünki bu komandanın oyun üslubu çox xoşuma gəlir. Burada mənə dəyər verirlər. Məncə, öz oyunumu daha da yaxşılaşdıra bilərəm”.
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində BATE ilə keçirəcəkləri oyunlara da toxunan 24 yaşlı futbolçu Belarus klubunu keçə biləcəklərini söyləyib: “Səhər BATE-nin oyununu izlədik. İnanılmaz komandadır. Müasir futbol belədir ki, rəqibi azacıq da olsa, qiymətləndirməsəniz, bu, sizə baha başa gələ bilər. Ona görə də baxımlı və kollektiv şəkildə oynamağa davam etməliyik. Düşünürəm ki, BATE-ni mübarizədən kənarlaşdırıb, yolumuza davam edə bilərik”.

