Bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində “Qarabağ” səfərdə BATE ilə qarşılaşacaq.
İdmanxeber.az-ın məlumatına görə, Bakıdakı görüşdə məğlub olan “Qarabağ”ın səfərdən hansı nəticə ilə qayıdacağı böyük maraqla gözlənilir.
“Borisov Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, oyunu “CBC Sport” kanalı canlı yayımlayacaq.
14 avqust
Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunu
21:00. BATE (Belarus) – “Qarabağ” (Azərbaycan) 1-1
Qol: Mirka İvaniç, 19 (1:0), Miçel, 54 (1:1)
Qırmızı vərəqə: İnnosent Emeqara, 76 (“Qarabağ”)
İlk oyun – 1:0
Hakimlər: Andris Treymanis, Haralds Qudermanis, Alekseys Spasyonņikovs, Aleksandrs Qolubevs (hamısı Latviya)
Borisov. “Borisov Arena”