Adrian Qəsəbə təmsilçisinin formasını geyinəcək.
İdmanxeber.az-ın məlumatına görə, Bugün “Keşlə”dən ayrılan rumuniyalı futbolçu Adrian Skarlatake “Zirə” komandası ilə razılığa gəlib. O, yeni klubu ilə 1 illik müqavilə bağlayıb.
Qeyd edək ki, Skarlatake 2016-cı ilin yanvarından “Keşlə”də çıxış edirdi.

