30 İyun 2026
Ölkə futbolu

Millimiz ikinci oyununa çıxır

17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması bu gün ikinci oyununu keçirəcək.
Moldovadakı Technical Centre Vadullui Voda stadionunda, saat 16:00-da başlayacaq oyunda U-17 İngiltərinin müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq. Oyunu Katarina Kampos (Portuqaliya) idarə edəcək. Ona həmyerlisi Vanessa Alexandra Dias və moldovalı Maria Buclis kömək edəcəklər. Dördüncü hakim funksiyasını Natalia Ceban (Moldova) yerinə yetirəcək

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43