03 İyul 2026
Dünya futbolu

Nazarovlu “Aue” uduzdu

Almaniya 2-ci Bundesliqasında 7-ci turun oyunları keçirilib.

Millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Aue” doğma meydanda “Sandhauzen”ə 0-2 hesabı ilə uduzub.

Nazarov qarşılaşmanın 70-ci dəqiqəsində meydana daxil olub.

“Aue” II Bundesliqanın turnir cədvəlində 7 xalla 14-cü pillədə qərarlaşıb


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43