Almaniya III Bundesliqasında çıxış edən Rüfət Dadaşov Azərbaycan yığmasına dəvət alıb.
“Proysen”də çıxış edən Rüfət Dadaşov uzun müddətdən sonra Azərbaycan millisinə dəvət alıb. Klubun idman direktoru Malte Metzelder sıx qrafiklərinin olmasına baxmayaraq, Dadaşovu Millətlər Liqası üçün yığmaya buraxacaqlarını bildirib.
Qeyd edək ki, 26 yaşlı forvard cari mövsümdə 10 oyuna 6 qol vurub.