FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.
İdmanxeber.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, o, Millətlər Liqasının 5-ci turunda keçiriləcək Danimarka – İrlandiya qarşılaşmasının baş hakimi olacaq.
Ağayevə Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olacaq.
Qeyd edək ki, Danimarka – İrlandiya matçı noyabrın 19-da Orxus şəhərindəki Ceres Park stadionunda keçiriləcək.