28 Noyabr 2024
Dünya futbolu

“Keşlə”nin oyunçusu oynadı, komandası darmadağın oldu

Futbol üzrə Litva yığması UEFA Millətlər Liqasında sonuncu matçına çıxıb.

“Keşlə”nin futbolçusu Edvinas Girdvainisin formasını geyindiyi Litva  qrup mərhələsinin 6-cı turunda Serbiya millisnə 1:4 hesabı ilə məğlub olub..

Girdvainis də bu matçın iştirakçısı olub. “Keşlə”nin mərkəz müdafiəçisi start heyətdə meydana çıxıb və sonadək oynayıb. O, 54-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

Keçirdiyi bütün görüşlərdən məğlub ayrılan Litva yığması Millətlər Liqası ilə xalsız vidalaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43