29 Noyabr 2024
Dünya futbolu

Millinin baş məşqçisi istefaya yollandı

İrlandiya millisinin baş məşqçisi Martin Onil istefa verib.

Baş məşqçi istefasının səbəbi kimi Millətlər Liqasındakı uğursuzluğu göstərib. Qrupda keçirdiyi 4 oyunun hamısında uduzan irlandlar B liqasından C-yə yuvarlanıb.

Qeyd edək ki, Martin Olil 5 il  İrlandiya yığmasını çalışdırıb. Onun rəhbərliyi ilə komanda  Avro-2016-nın 1/8 finalına və DÇ-2018-in seçmə mərhələsinin pley-offuna qədər irəliləyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43