“Yuventus” qışda Mario Mandzukiçlə yeni müqavilə imzalayacaq. Xorvatiyalı hücumçu sözləşməsini 2022-ci ilə qədər uzatmaq istəyir.
“Yuventus” isə 32 yaşlı futbolçu ilə 2021-ci ilə qədər müqavilə bağlamaq niyyətindədir.
Mandzukiç 2015-ci ildə “Atletiko”dan Turin klubuna keçib.