“Qarabağ”ın maraqlandığı və heyətinə cəlb etmək istədiyi Cənubi afrikalı yarımmüdafiəçi Hendrik Ekşteyn karyerasını başqa Azərbaycan klubunda davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, 28 yaşlı futbolçu “Sabah”dan təklif alıb. Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov saytımıza açıqlamasında bildirib ki, Ekşteyn bu gün Bakıda olacaq. Danışıqlara gələn futbolçu ilə razılıq əldə olunacağı təqdirdə müqavilə imzalanacaq. Ancaq onunla imzalanacaq müqavilənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, son klubu “Kayzer Çifs” olan yarımmüdafiəçi ötən mövsüm bu komandanın heyətində 19 oyunda meydana çıxıb və qol vurub.