21 Dekabr 2024
Ölkə futbolu

“Qarabağ”dan Bədavi Hüseynovla bağlı açıqlama: Ən azı 5 gün…

“Viktoriya” ilə yoxlama matçında zədələnən “Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov tibbi müayinədən keçib.

İdmanxeber.az klubun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, futbolçunun ayağında əzələ dartılması aşkarlanıb. Hüseynov ən azı 5 gün yaşıl meydanlardan kənar qalacaq.

Onun adının iyulun 10-da Çempionlar Liqasının I təsnifat mərhələsində “Partizani” ilə oyunun iştirak ərizəsində olub-olmaması isə həkimlərin son qərarından sonra məlum olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43