İyun ayının 20-dən növbəti mövsümün hazırlıqlarına başlayan “Keşlə”nin məşqçilər korpusunun tərkibi təsdiqlənib.
İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Tərlan Əhmədov və onun rəhbərlik etdiyi məşqçilər heyəti ilə daha 1 illik müqavilə imzalanıb.
Yeni mövsümdə T.Əhmədova Zaur İsmayılov, Camaləddin Əliyev, Mehman Babayev və Rəşad Sadiqov kömək edəcəklər. Bununla yanaşı, Vadar Nuriyev baş məşqçinin əsas köməkçilərindən biri kimi komandada fəaliyyət göstərəcək.