24 Dekabr 2024
Kateqoriyasız

“Qarabağ”ın 115 yaşlı rəqibini yaxından tanıyaq

Çempionlar Liqasının I təsnifat mərhələsinin yekununda Albaniya “Partizani”sini keçən “Qarabağ” İrlandiyanın “Dandolk” klubu ilə qarşılaşacaq.

İdmanxeber.az-ın məlumatına görə, İrlandiya təmsilçisi iki oyunun əsasında penaltilər seriyası ilə Latviyanın “Riqa” klubunu üstələyərək” Qarabağ”a rəqib olub.

Əsası 1903-cü ildə qoyulan klub 13 dəfə İrlandiya çempionu adını qazanıb. Komanda 6 dəfə də ölkə kukokuna yiyələnib. 115 illik tarixə malik “Dandolk” ev oyunlarında ağ-qara, səfər matçlarında tünd qara və bənövşəyi rəngli formalardan istifadə edir.

Ağdam klubunun II mərhələdəki rəqibi ev oyunlarını 4500 tamaşaçı tutumuna malik “Oriel Park”da keçirir. Onu da qeyd edək ki, bu stadion süni örtüklüdü. Komandanı yerli baş məşqçi – Vinnu Pert çalışdırır.

Qeyd edək ki, 2-ci raundun matçları  23-24 iyul və 30-31 iyul tarixlərində olacaq. Püşkə əsasən “Qarabağ” bu mərhələdə də ilk oyunu səfərdə keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43