26 Dekabr 2024
Kateqoriyasız

UEFA “Qarabağ”ın oyununa hakim təyinatlarını açıqladı

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək “Dundalk” – “Qarabağ” ilk oyunu üçün hakim təyinatları açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, İrlandiyada “Oriel Park”da oynanılacaq görüşün baş hakimi Polşa Futbol Federasiyasından  Bartos Frankovski olacaq. Ona həmyerliləri Marçin Boniek və Yakub Uinkler köməklik edəcək. Dördüncü hakim funksiyasını Daniel Stefanski yerinə yetirəcək.

Qeyd edək ki, “Dundalk” – “Qarabağ” görüşü iyulun 24-ü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Bu komandalar arasında cavab matçı isə 1 həftə sonra Bakıda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43