“Yuventus” bu yay “Roma”dan transfer etdiyi Luka Pelleqrinini icarəyə verib.
İdmanxeber.az-ın məlumatına görə, 20 yaşlı sol cinah müdafiəçisi 2019/20 mövsümünü “Kalyari”də keçirəcək.
Bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xatırladaq ki, Pelleqrini ötən mövsümün ikinci dövrəsini də icarə əsasında məhz “Kalyari”də keçirib və bu komandada 12 oyuna çıxıb.