Madrid “Real”ının yarımmüdafiəçisi Luka Modriç zədələnib.
İdmanxeber.az-ın məlumatına görə, Xorvatiya millisinim üzvü AÇ-2020-nin seçmə mərhələsində Bakıdakı Azərbaycan millisi ilə oyunda zədələnib.
34 yaşlı futbolçunun bud nahiyəsindən ağrılar var. Klub saytının məlumatına görə, Modriç bərpa prosesi keçəcək. Onun iki həftəlik sıradan çıxdığı bildirilir.
Luka Modriç Azərbaycan millisinin qapısına penaltidən qol vurmuşdu. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.